"Mən, bağışlamaqlıq aşiqiyəm” Ramazan sözünün mənası günahları yandıran, uzaqlaşmaq, çəkinmək deməkdir. Hər bir şeyin baharı var. Quranın da baharı, Ramazandır. Əvvəli bərəkət ortası məğfirət sonu da azadlıq olan, on iki ay içərisində Quranda məhz onun adı çəkilən, Quranın nazil olduğu ay Ramazan ayıdır. Ramazanın səbr, azadlıq, məğfirət, fəzilət, iffət kimi əllidən çox adı var. Allah Musa peyğəmbərə “ Çarığını çıxart ! Çünki sən müqəddəs məkandasan ” deyə buyurdu ( Taha surəsi -12). İnsanda bu aya daxil olarkən gərək kini, yalanı qəlbindən çıxartsın. Ramazan iradənin əmələ gəlməsi və insanın istədiyi kamillik zirvəsinə yetişməsi üçün gözəl bir fürsətdir. Bu ayda mərhəmət qapısı…
[...]