İnsaniyyət Ülgüsü

Ən kamil bəndə

Ən kamil bəndə

 

Ən kamil bəndə

Allah kamil bir varlıqdır və kamilliyi sevir. İnsanlar arasında isə ən kamil olan bəndəsini hamıdan daha çox sevir. Onun hörmətinə xatir digərlərinə də rəhm edər. Bütün bəşər tarixini nəzərdən keçirsək heç bir insan Rəsuli-əkrəmin (s) çatdığı kamillik zirvəsinə çata bilməmişdir. Ondan sonra onun pak ailəsi, başda ilk şagirdi, davamçısı və onun sirrinin məhrəmi olan həzrət Əli (ə) olmaqla, onun yolunu addım-addım getmiş, elmi və əməli irsinə varis olmuşlar.

Burada, Qurani-kərimin Peyğəmbər (s) haqqında buyurduğu, onu vəsf etdiyi ayələri əks etdirməklə Peyğəmbərin (s) uca məqamından söhbət açacağıq.

 

Onun vücudu İlahi əzabın nazil olmasına maneədir

Rəsuli-əkrəmin (s) keçmiş peyğəmbərlərdən üstünlüklərindən biri budur ki, o peyğəmbərlər ümmətlərinin arasında olduqları zaman günahkar olan ümmətləri üçün əzab nazil olmuşdur. Məsələn, Quranda buyurulur:

“Əzab gəldiyi zaman, biz həzrət Luta (ə) və (ona iman gətirən) bir dəstəyə nicat verib digərlərini ölümün pəncəsinə atdıq”.

Nuh (ə) barəsində buyurur:

“Ona və onun yanında olanlara nicat verib yerdə qalanlarını tufanda qərq etdik”.

 Yəni, Nuh, Lut, Musa, Saleh, Hud (ə) peyğəmbərin öz qövmü arasında olmasına baxmayaraq, İlahi əzab onların ümmətinə nazil olmuşdur.

Lakin Rəsuli-əkrəm (s) barəsində buyurulur:

وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

“Nə qədər ki, mübarək vücudun ümmətinin arasındadır onlara əzab nazil olmaz”.

“Nə qədər ki, onların içindəsən, Allah onlara əzab verməyəcəkdir”.

 

Ehtiram dolu xitab

Allah-taala Peyğəmbərin (s) hörmətini hətta ona xitab etdiyi zaman belə gözləyirdi. Xitab zamanı onun adını çəkməyərək müxtəlif xitablardan istifadə edərdi. Məsələn: “Yə əyyuhən-Nəbi”, “Yə əyyuhər-Rasul” deyərək ona olan böyük ehtiramını nümayiş etdirərdi.

Allah-Taala hətta başqalarını belə Peyğəmbərə (s) ehtiram etməyə çağırırdı. Keçmiş peyğəmbərləri onların adları ilə çağırdı. Məsələn: “Ya Adəm, ya İsa, ya Musa və s...” – deyə çağırmışdır.

Hətta “Nur” surəsinin 63-cü ayəsində buyurur ki,   “Peyğəmbərin çağırış və dəvətini sizdən birinin çağırış və dəvəti kimi hesab etməyin”.

Bu Rəsuli-əkrəmin (s) Allah yanında olan hörmətinin bir nümunəsidir. Heç bir peyğəmbər onun məqamına çata bilməmişdir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 185, 

Dostların veb səhifələri

2361496
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1954
3254
21934
2189241
75477
152349
2361496

sizin IP ünvanınız: 54.163.22.209
2018-11-15 10:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!