İnsaniyyət Ülgüsü

Rəsuli-Əkrəmin (s) digər peyğəmbərlərdən üstünlüyü

Rəsuli-Əkrəmin (s) digər peyğəmbərlərdən üstünlüyü

 

Rəsuli-Əkrəmin (s) digər peyğəmbərlərdən üstünlüyü

 

Peyğəmbərlər silsiləsinin tacidarı olan Rəsuli-Əkrəm (s) digər peyğəmbərlərdən məqam və fəzilət cəhətdən üstündür. Bu həqiqətə Qurani-kərim şəhadət verir:

1. Allah-təala həzrət İsanın (ə) dilindən buyurur:

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي ... اسْمُهُ أَحْمَدُ

 “Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: “Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək “Əhməd” adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm...” (“Saf” surəsi, ayə 6)

  Müjdə o zaman verilə bilər ki, sonra gələn peyğəmbər yeni bir mövzu və yaxud din gətirmiş olsun. Əgər Rəsuli-Əkrəmin (s) məqamı keçmiş peyğəmbərlərin və ya İsanın (ə) məqamı ilə eyni olsaydı, onda yeni bir peyğəmbərin gəlməsinə ehtiyac olmazdı. Həmçinin əgər bu peyğəmbər yeni bir şəriət gətirməyəcəkdisə, İsa (ə) onun gəlməsinə müjdə verməzdi. İsanın (ə) “Mən keçmiş peyğəmbərin asimani kitabını təsdiq edirəm və gələcəkdə gələn peyğəmbərin müjdəsini verirəm” deməsindən məlum olur ki, Allahın Rəsulu (s) həzrət İsadan (ə) fəzilətli, Qurani-kərim isə İncildən üstündür. Deməli, həzrəti İsanın müjdəsinə əsasən Rəsuli-Əkrəm (s) keçmiş bütün peyğəmbərlərin elmini özündə cəm etmişdir. Bütün bu elmlər həzrət İsada da var idi. Onun xalqa müjdə verməsi bunu göstərir ki, həzrət Rəsuli-Əkrəm (s) həzrət İsanın (ə) bütün elminə və xüsusi keyfiyyətlərinə malik idi.

2. Hər bir peyğəmbərin məqam və şəxsiyyəti onun gətirdiyi asimani kitabda təcəlli edir. Həzrət Musanın (ə) məqamı Tövrat həddində, həzrət İsanın (ə) məqamı isə İncil həddindədir. Keçmiş peyğəmbərlər də öz asimani kitab və səhifələri qədərində zühur etmişlər. Rəsuli-Əkrəmin (s) digər nəbilərdən üstünlüyü Quranın fəzilətinin bütün asimani kitablardan üstün olmasıyla sübuta yetir. Çünki Peyğəmbər (s) Quran qədərincədir. Necə ki, heç kəs və heç nə Qurana çata bilməz, həzrət Rəsula (s) da heç kəs çata bilməz.

3. Rəsuli-Əkrəmin (s) üstünlüklərindən biri də onun xatəm peyğəmbər olmasıdır. Bu barədə Quranda buyurulur:

مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ

“Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur...” (“Əhzab” surəsi, ayə 40)

“Xatəm” yazıların sonunda vurulan “möhür” mənasındadır. Yazıçı yazmaq istədiyi hər bir şeyi bitirdikdən sonra öz yazısının sonunda möhür vurur və bununla da yazının bitməsini bəyan edir. Bütün peyğəmbərlər Allahın vəhyini çatdırdıqlarına görə Allahın kəlmələridirlər. Elə ki, Allah bəşəri hidayət etmək üçün göndərdiyi həyat proqramını bitirir Rəsuli-Əkrəm (s) ilə o proqrama möhür vurur.

Beləliklə də, bütün peyğəmbərlərin şəriətini Rəsuli-Əkrəmlə (s) möhürləyir. Artıq burada digər heç bir peyğəmbərə ehtiyac qalmır. Çünki, nəbilər silsiləsi onunla sona yetir. Əgər Qiyamətə qədər Rəsuli-Əkrəmdən (s) daha üstün bir bəşər gələsi olsaydı peyğəmbər (s) heç bir zaman xatəm olmazdı. Ayədən başa düşülür ki, Qiyamətə qədər heç bir kəs Rəsuli-Əkrəmə (s) çata bilməyəcək. Bütün fəzilət və üstünlüklər həzrət Rəsuli-Əkrəmlə (s) xətm olur. Çünki o, kamilliyin möhürü və ən uca ilahi məqamın fatehidir.  

4. Allah-Təala Peyğəmbərə (s) buyurur:

لا شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ

“Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam” (“Ənam” surəsi, ayə 163).

Allah-təala Qurani-kərimdə Peyğəmbərə (s) əmr edir ki, ilk müsəlman olduğunu hamıya elan etsin.

Allah-təala heç bir peyğəmbər haqqında ilk müsəlman (iman gətirən) sözünü işlətməmişdir. Allah, böyük sınaqlardan layiqincə çıxmış həzrət İbrahim (ə) barədə ilk müsəlman kəlməsini işlətməmişdir. Hansı ki, Rəsuli-Əkrəm (s) özünü onun övladı bilərək buyurur: “Mən iki qurbanın (İsmail və Abdullah) övladıyam”. Həmçinin “Şeyxul-ənbiya” həzrət Nuh (ə) və “Əbvul-bəşər” həzrət Adəm (ə) barəsində belə bir ifadə olunmamışdır. Quranın ilk müsəlman kimi adını andığı şəxs həzrət Rəsuli-Əkrəmdir (s).

Bu ayədə olan “əvvəl” zaman və məkanın əvvəli kimi başa düşülə bilməz. Çünki belə olsaydı onda hər bir peyğəmbər öz ümməti arasında əvvəl müsəlman sayılardı və Qurani-kərimdə də yalnız bizim Peyğəmbərə (s) bu əmr verilməzdi. Bu ilk olmanın Rəsuli-Əkrəmə (s) məxsus olduğundan aydın olur ki, burada məqsəd vücudun ilk olmasıdır. Yəni Rəsuli-Əkrəmə (s) yaradılan ilk insan və ilk məxluqdur. Ondan öncə heç bir yaradılış olmamışdır. O həmçinin Qiyamət günü məhşur olan ilk insan olacaqdır.

Bütün bu fəzilətlər Quranda qeyd olunan Rəsuli-Əkrəmin (s) fəzilətləridir ki, heç bir məxluq ona çata bilməz.

Ayətullah Cavadi Amulinin “Sireye Rəsuli-Əkrəmin dər Quran”kitabından seçmələr

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 167, 

Dostların veb səhifələri

2106010
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
306
3664
3970
1952317
104335
152081
2106010

sizin IP ünvanınız: 54.92.190.11
2018-09-24 04:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!