İnsaniyyət Ülgüsü

Allah-taalanın Peyğəmbəri-Əkrəmə (s) öyrətdiyi dualar

Allah-taalanın Peyğəmbəri-Əkrəmə (s) öyrətdiyi dualar

 

Allah-taalanın Peyğəmbəri-Əkrəmə (s) öyrətdiyi dualar

 

Quranda Allah Həzrət Muhəmmədə (s) çoxlu sayda təlimatlar vermişdir. Belə ki «Zümər» surəsinin 49-cu ayəsində buyurur:

«İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: «Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!» - deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahillik üzündən bunu) bilməz!»

Peyğəmbər (s) inadkar və dikbaş insanları yollarını azmaqdan daim çəkindirib haqqa doğru səsləyirdi. Peyğəmbərin(s) layiqli cavabları onların bir çox bəhanələrinin qarşısını alırdı. Bundan əlavə, Peyğəmbər (s) həmişə Allahına sığınıb inadkar qövmilə söhbətdə yalnız Ondan münasib cavab gözləyirdi. Bu cavab həm düşmənləri susdurar və həm də onların müqabilində Peyğəmbərin (s) əzəmətini, ehtiramını qoruyub saxlayardı.

(Ya Rəsulum!) De: «EyRəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!(«Muminun» surəsi, ayə118)

Allah-taala«Ənbiya» surəsinin 112-ci ayəsində Öz Peyğəmbərinə təlim edir ki, tövhidi inkar edənlərə belə cavab ver:

(Peyğəmbər) dedi: «EyRəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!»

Qeyd olunan bu ayələrdən belə dəlillər ələ gəlir ki, Peyğəmbər (s) həm özü, həm də bütün müsəlmanlar üçün ilahi haqqın bərpa olmasını tələb edir və rəhmət diləyirdi.

Allah-taala Peyğəmbərə (s) fərman verir ki, Qurandan hər hansı bir hissəni qiraət etmək üçün tələsməsin, vəhyin tam bitməsini gözləyərək və Rəbbindən elminin artmasını dilə.

Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: «Ey Rəbbim! Mənim elmimi artır!» – de («Taha» surəsi, ayə114).

Zikr olunan ayəyə diqqət etsək, mətləbinin cəliyini başa düşə bilərik. Məlumdur ki, Peyğəmbər (s) hər cəhətdən bəşərin üstün, seçilmiş şəxsi idi. Beləki Allah-taala onun gözəl xüsusiyyətlərini Özü Quranda mədh edib və onun qeyb elminə də toxunub. Amma eyni zamanda da ona elminin artırmasını əmr edir. Artıq belə nəticəyə gəlirik ki, biz hər nə qədər elmə sahib olsaq da, Peyğəmbərdən (s) çox-çox aşağıdayıq. Əgər Allah belə bir məqam sahibinə elmini artırmağı əmr etmişsə, onda gərək biz də təkrar-təkrar elmimizi artırıb Allahdan daim yardım istəyək, çünki bizim elmimiz Peyğəmbərin (s) elminin yanında zərrə, bəlkə də, zərrədən də çox-çox kiçikdir.

Peyğəmbər(s) buyurur: «Əgər hər hansı bir ötən günümdə öz elmimi artırmasam, həmin günün yeni çıxmaqda olan günəşi mənə mübarək olmasın».

Quranın qiraəti nə həvəslənən müsəlmanlar Quranı «بِسم الله‏ِ الرَّحْمنِ الرَّحيمِ» və «الحَمْدُ لله‏ِ رَبِّ العَالَمِينَ» ilə başlayır. İslam Peyğəmbəri (s) buyurur: «Əgər hər hansı bir iş Allahın adı və Onun həmdi ilə başlamasa, o işin nəticəsi xoş və kamil olmaz».

«İsra» surəsinin 80-ci ayəsində Allah-taala Peyğəmbərə (s) bir dua öyrədir və buyurur ki, hər vaxt bir işi görmək qərarına gəlsən, o işin müvəffəqiyyəti üçün bu cür dua et:

De: «Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!» (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz qalsınlar!)

Quranın bu duası hər bir işin başlanğıcı və möhkəmlənməsi üçün faydalıdır. Tarixi mənbələrdə qeyd olunmuşdur ki, əziz Peyğəmbərimiz (s) Məkkənin fəthi zamanı bu duanı zikr etmişdir. Həmçinin məsum imamlardan (ə) da belə nəql olunmuşdur: «Nə vaxt çətin bir işə düçar olsan, bu duanı oxumağı unutma!»

Belə ki «Şura» surəsinin əvvəllində Allah-taala Peyğəmbərə (s) təlim edir ki, belə desin:

«Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)» («Şura» surəsi, ayə10)

Qurani-Kərimdə başqa bir ilahi təlim isə həmd barəsindədir. Allah-taala Peyğəmbərə (s) belə buyurur:

«(YaRəsulum!) De: «Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!» («Nəml» surəsi, ayə 59)

«Və de: «Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyədə) ehtiyacı olmayan Allaha həmd olsun!» Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)» («İsra» surəsi, ayə111)

(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: «Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!) («Tövbə» surəsi, ayə129)

Əziz Peyğəmbərimiz (s) buyurur: «Hər kəs sübh və şam vaxtı bu duanı yeddi dəfə oxusa, Allah onun mühüm işlərinə yetər»

Abdullah ibn Abbas deyir: «Bu dua İbrahim (ə) peyğəmbəri oda atarkən onun dilində zikr olunan duadır ki, həzrət Muhəmməd (s) də düşmənləri ilə üz-üzə gələndə onu zikr etmişdir».

İstifadə olunan mənbələr:

Qurani-kərim

«Təfsiri Safi» c.3, səh.322

«Təfsiri Safi» c.3, səh.212

«Li kulliduəifilQuraniqissatunvəicabətun»,səh.1469

«Nurul-səqəleyn», c.3, səh.324

«Əd-durulmənsur», c.2, səh.17,25

İlahiyyatçı, islamşünas: Vəsilə Zahidqızı

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 260, 

Dostların veb səhifələri

2361502
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1960
3254
21940
2189241
75483
152349
2361502

sizin IP ünvanınız: 54.163.22.209
2018-11-15 10:55

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!