İnsaniyyət Ülgüsü

Quran və əziz Peyğəmbərimizə (s) olan ehtiram

Quran və əziz Peyğəmbərimizə (s) olan ehtiram

 

Quran və əziz Peyğəmbərimizə (s) olan ehtiram

Allah-taala Quranda Peyğəmbəri (s) vəsf etməklə yanaşı, o Həzrətə ehtiram göstərməyi şəri bir vəzifə kimi müsəlmanlara vacib etmişdir. Quran ayələrində Allahın Rəsulunun (s) pak siması və adı dəfələrlə əzəmətlə zikr olunur. Bəzən onun müqəddəs vücudunun tək Allaha itaəti xüsusunda, bəzən Həzrətin adına and vermək fərmanında və bəzən də onun müdafiəsi üçün mübarizə aparmaq kimi mətləblər öz əksini tapır. Bütün müsəlmanlar Peyğəmbərə salam və salavat göndərməklə bərabər həm də ona Tanrıdan daim rəhmət diləməyi özlərinə borc bilməlidirlər.

Quranda Peyğəmbərə (s) salavat fərmanı

Quranın əmrlərindən biri də Peyğəmbərə (s) salam və salavat göndərməkdir və «Əhzab» surəsi buna işarə edir:

إِنَّ اللَّهَ وَمَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!) (Əhzab  surəsi, ayə-56)

 

Salavat nədir?

İbn Farsi «Məqayisul-luğa» kitabında salavatın mənasını belə izah edir: «Salavat Allah tərəfindəndir, həm də Onun rəhmətidir». Şeyx Tusi «Təfsiri-Tibyan»da əlavə edir: «Salavat Allah-taalanın elə bir kəramətlərindəndir ki, onu yalnız öz Peyğəmbərinə (s) inayət etmiş və onu digərlərindən üstün yerlərdə qərar vermişdir. Həmçinin Həzrətin məqamının üstünlüyünü tərif etmişdir». Bu bəyanla Allahın Peyğəmbərə (s) olan salavatı ilə mələklər və bəndələrin salavatı arasında bir az fərq vardır. Çünki Allah-taala Peyğəmbərə salavat göndərməklə onu Özünün xas rəhmətinə və inayətinə şamil edir. Amma mələklər və insanlar salavat göndərməklə Allahdan istəyirlər ki, Peyğəmbəri Özünün geniş rəhmətində qərar versin.

 

Davamlı salavat

İlahi fərmanla bağlı digər bir sual da budur ki, görəsən, Peyğəmbərə (s) salavat göndərmək Həzrətin yaşadığı müddətdə ixtisas olunmuşdu, yoxsa onun vəfatından sonra? Bəlkə də, Qiyamət gününə qədər bu fərman davam etməlidir. Və yaxud müsəlmanlar sırf mübarək ayəyə əsasən ona salam və salavat göndərirlər?

Aydındır ki, bu hökm məxsusi bir zaman üçün ixtisas olunmayıb. Çünki şərif ayədə «yusallunə» kəlməsi felin indiki zamanında işlənib və davamlı işə dəlalət edir. Buna əsasən, ayədə qeyd olunan Peyğəmbərə (s) salam və salavat hər zaman üçündür və əbədidir.

 

Naqis salavat və ona qadağa qoyulması

Peyğəmbərin (s) buyurduğuna əsasən, salavat kamil surətdə göndərilməlidir və bu barədə Həzrət dəfələrlə buyurmuşdur: «Heç vaxt mənə naqis salavat göndərməyin!» Səhabələr soruşdular: «Ey Allahın Rəsulu, naqis salavat nədir?» Buyurdu: «Naqis salavat odur ki, yalnız «Allahummə salli əla Muhəmməd» deyib, davamını unudasız. Və «Ali-Muhəmmədi» əvvəlki kəlmələrdən ayırmaq olmaz. Bir yerdə «Allahummə salli əla Muhəmməd və Ali-Muhəmməd» deyilməlidir ki, salavat kamil olsun.

 

Ali-Muhəmmədə (s) salavat göndərmək vacibdirmi?

Bütün şiə fəqihləri namazın təşəhhüdündə Peyğəmbərə salavat göndərməyi vacib bilirlər. amma onlardan qeyriləri müstəhəb hesab edirlər.

Şeyx Tusi «Ən-nəhayi bab təşəhhüd» kitabında salavatı fətva zəminində qeyd edir: «Ali-Muhəmmədə salavat göndərmək vacibdir. Hər kəs bu dini hökmü qəsdən tərk etsə, gərək namazını yeniləsin. Və hər kəs unutqanlıq üzündən deməsə, namazdan sonra qəza niyyəti ilə yerinə yetirməlidir.

Əhli-sünnə fəqihlərinin bu məsələ ilə bağlı iki fikirayrılıqları vardır. Birinci dəstə bunu vacib fətva hesab edirlər və şafeilərdir. İkinci dəstənin fəqihləri isə (Əbu Hənifə) bunu vacib bilmirlər.

Serəxsi «Məbsut»da yazır: «Peyğəmbərə salavat göndərmək bizim üçün namazın rüknlərindən hesab olunmur. Amma Şafei fəqihlərinin fətvasına əsasən, namazın rüknlarından sayılır. Belə ki namaz onsuz düzgün deyil».

 

Salavatın fəzilət və faydaları

Hədis elminin möhtərəm şəxsləri, şiə və sünni alimləri bir çox rəvayətlərdə aşağıdakı qeyd olunan faydalı salavatla əlaqələndirmişlər:

  1. Peyğəmbərə (s) salavat günahları aradan aparar.
  2. Salavat Allahın yanında təkbir və təsbih kimidir.
  3. Cümə günü salavatlardan əfzəl bir əməl yoxdur.
  4. Salavat azad bəndələrin zikridir.
  5. Heç bir zikr salavat qədər üstünü deyil.
  6. Salavat Cəhənnəm odundan sipərdir.
  7. Salavat deyiləndə Allah-taala 1000 yaxşılıq yazar.
  8. Salavat şəfaətin qapısıdır.
  9. Salavat Allah-taala bəndəsinin 100 salavat hacətini qəbul edər ki, onun 70-i dünyada, 30-u isə axirətdə köməyinə çatar.
  10. Çoxlu salavat zikr edən adam Behiştdə Peyğəmbərin (s) əhatəsində olar.
  11. Salavat kin-küdurəti və nifaqı aradan aparar.

12.Salavat qəbirdə nura səbəb olur.

  1. İnsanı Allaha yaxınlaşdıran amillərdəndir.
  2. Zöhr və əsr namazlarının arasında salavat göndərmək 70 rükət namazın savabına bərabərdir.
  3. Unudulan hər hansı bir şey, salavatla insanın yadına düşür.
  4. Hər kəs sübh və zöhr namazlarından sonra salavat desə, İmam Zamanı (ə.f) görmək ona nəsib olar.
  5. Salavat insanı bacarıqlı edər və fəqirliyə düçar olmaz.
  6. Salavat Qiyamət günü insanı susuzluqdan saxlayar.

 

İstifadə olunan ədəbiyyat:

Əhzab surəsi, ayə 56

Məqayisul-luğa, c.3, səh.301

Təfsiri-Nümunə, c.17, səh.416

Əddurul-mənsur, c.6, səh.646

Sünəni-Nisai, c.3, səh.45

Səhihi-Müslüm, c.2, səh.16 (Babu salatu əla Nəbi)

     İlahiyyatçı, Sara Zahidqızı 

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 197, 

Dostların veb səhifələri

2361377
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1835
3254
21815
2189241
75358
152349
2361377

sizin IP ünvanınız: 54.163.22.209
2018-11-15 10:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!