Məhəbbət Ocağı

Öz tayınla ailə qur

Öz tayınla ailə qur

Öz tayınla ailə qur

 

Ailə qurmaq uzun bir səfərə çıxmağa bənzəyir. Bu səfərdə kiminlə olacaqsan? Bu çox mühümdür. Bil ki, yol uzun, azuqə azdır. Bu azuqəni bax gör kiminlə bölürsən. Onu zay etmə.

Sən ailə qurursan ki, bölüşəsən, qurmursan ki, döyüşəsən.

Bil ki, həyatın şirin olması tayını tapmağındadır. Onu tapmasan arxayın ol ki, həyatın nə olduğunu bilməyəcəksən. Allahın nemətlərini duymağın üçün, günəşin nurunu görməyin üçün, yaxşılığın ölmədiyini bilməyin üçün sən ey evlilik əsnasında olan gənc, bir an ayaq saxla, düşün...O, sənin tayındırmı???Bu gün düşün ki, sabah rahat olasan.

Evlənən cütlər bir neçə cəhətdən bir-birləri ilə həmtay olmalıdırlar:

Əqidəvi cəhətdən tay

Evlilikdə əqidə cəhətdən tay olmaq nə dərəcədə əhəmiyyətlidir?

 

Ailə qurarkən öz tayı ilə evlənmək çox mühümdür. Peyğəmbər (s) buyurur:«Öz taylarınızla evlənin».

Evlənən cütlər bir neçə cəhətdən bir-birlərinə tay olmalıdırlar ki, onların arasında ən mühümü etiqadi cəhətdən tay olmaqdır. Boşanmanın mühüm amillərindən biri etiqadi cəhətdən bir-birinə tay olmamaqdır.

Əgər qızla oğlan etiqadi cəhətdən bir-birlərinə yaxın olsalar, digər cəhətlərdən tay olmasalarbelə, çətinliklə də olsa, müəyyən razılığa gələ bilərlər. Əksinə bütün cəhətlərdən tay olsalar lakin etiqadi cəhətdən həmtay olmasalar, onların evliliyinin uzun sürməsinə ehtimal azdır. Etiqadi cəhətdən də qızla oğlan eyni dərəcədə olmalıdırlar yəni biri yüksək etiqada digəri zəif etiqada malik olsa həyatda problemlərlə üzləşəcəklər.

İmam Sadiq (ə) buyurur: «Əgər kimsə  sizə (möminə qızınız üçün) elçi gələrsə və siz də onun dindarlığından,əmanətdarlığından razı olsanız necə olursa-olsunqızınızı ona verin».

İmam Həsən (ə) buyurur:«Qızınızı təqvalı ilə evləndirin əgər qızınızı sevsə, onu əzizləyər və əgər onun əlindən qəzəblənsə, zülm etməz». Etiqadi cəhətdən müştərək olmaq o qədər mühümdür ki, gələcəkdə sizətay olar ümidilə etiqadi cəhətdən özünüzlə bərabər olmayan bir şəxslə evlənməyin.

 

Evlilikdə ailələrin münasibliyi şərtdirmi?

Avropa ölkələrində evlilik məsələsində ata-ananın heç bir rolu və təsiri yoxdur. Amma bizim ölkəmizdə dini və milli etiqada əsasən iki gəncin evlənməsində ata-ananın çox böyük rolu vardır. Evliliklə iki nəsil arasında ciddi qohumluq əlaqələri yaranır.Gələcək həyat yoldaşın ata-anası övlad üçün «baba və nənə», xanımın qardaşı «dayı», xanımın bacısı «xala», kişinin qardaşı «əmi», kişinin bacısı «bibi» olacaqdır. Bu qohumlar övladlara təsir edirlər.Sizin də onlarla əlaqə saxlamaqdan başqa çarəniz yoxdur. Odur ki, evlilikdə iki ailə etiqad, mədəniyyət və iqtisadi cəhətdən həmtay olmalıdırlar.

 

Mədəniyyət cəhətdən həmtaylıq

Evlilik məsələsində mədəniyyət cəhətdən həmtaylığa da diqqət yetirilməlidir. Çünki mədəniyyət cəhətdən eyni olan kişi ilə qadın bir-birilə rahat yola gedə bilərlər. Əks təqdirdə bundan yaranan problemlərə dözmək çox çətindir. Bəzən elə toy mərasimindən, bəzən isə hətta toydan qabaq adət-ənənə, geyim, dil və ləhcə fərqinə görə yaranan ixtilaflar özünü göstərir. Müxtəlif məntəqədən olan iki gənc evlənmək istədikdə adət-ənənə baxımından ixtilafa məruz qalırlar.

         İki müxtəlif millət və ölkədən olanlar evlənərsə təbii ki, daha çox problemlər meydana çıxar.Belə olduqda insan bəzən heç təsəvvürünə gətirə bilməyəcəyi hadisələrlə rastlaşır. Bu cür problemlərdən qaçmaq üçün daha yaxşı olar ki, öz həmvətəniniz və yerlinizlə evlənəsiniz. Əgər bu tövsiyəyə əməl etmək istəməsəniz, evlənməmişdən qabaq onların adət-ənənələrini öyrənir.

 

İqtisadi cəhətdən uyğunluq

Qız və oğlanın ailəsinin maddi və iqtisadi vəziyyətinin eyni olması şərtdirmi?

Evlənənlər arasında maddi cəhətdən fərq çox olmasa eybi yoxdur. Amma əgər onlar arasında fərq çox olarsa məsələn, biri varlı, digəri isə kasıb ailədən olarsa bu bəzi problemləri üzə çıxarar. Əgər oğlan və onun ailəsi varlı olsa, qız onun yaxınlarını gördükdə özünü təhqir olunmuş kimi hiss edəcək.Əgər əksinə qız və onun ailəsi imkanlı olsalar qızın ailəsi, yaxud yaxınları onların evinə gəldikdə oğlan xəcalət çəkəcəkdir. Bu adi halda dava-dalaş olmayan zaman baş verir. Əgər təhqir, minnət və mübahisə olsa onlar daha çox əziyyət çəkəcəklər.

Əgərqızın ailəsi iqtisadi cəhətdən yaxşı olarsa və o naz-nemət içərisində böyüsə kişi onun istəklərini atası evində olduğu kimi təmin edə bilməyəcək. Ailə vəziyyəti, pullu dostlarından aşağı səviyyədə olduğu üçün əziyyət çəkəcək. Həyatın şirinliyini özü və yoldaşı üçün acıya çevirəcək. Bunun üçün daha yaxşı olar ki, qızla oğlanın ailəsi arasında maddi cəhətdən fərq çox olmasın.Daha yaxşı olar ki, öz vəziyyətinə yaxın olan biri ilə evlənsin. Yaxşı olar ki, oğlanın maddi vəziyyəti yaxşı olsun ki, həyat qız üçün daha şirin olsun.Onun bu şirin həyatın dəlili budur ki, onun indiki vəziyyəti ata evində olan vəziyyətindən daha yaxşıdır.

 

Təhsil

Evlilikdə qızla oğlanın təhsil səviyyəsinin eyni olması şərtdirmi?

Daha yaxşı olar ki, kişinin təhsili bir dərəcə qadından üstün olsun. Elmi dərəcələri arasında fasilə çox olarsa, məsələn: doktorantura ilə atestat sahibi arasında, yaxud magistrla orta məktəb şagirdi arasında olan fasilə bəyənilmir.

Cütlüklər müxtəlif sahələrdə eyni dərəcədə olada bilərlər. Lakin bu zaman xanım elmi bəhslər zamanı öz həyat yoldaşına qalib gəlmək, öz elminin çoxluğunu sübut etmək fikrində olmamalıdır.

Əgər qadının elmi səviyyəsikişidən üstün olarsa ortaya bəzi problemlərin çıxsması ehtimal olur. Çünki qadının bu üstünlüyü kişinin qüruru və başçılıq etmək xüsusiyyətinə ziddir.Hətta əgər qadın təvazökarlıq edib öz elmi səviyyəsivə diplomu ilə kişinin qarşısında öyünmürsə yenə də kişi elə düşünə bilər ki, xanım təkəbbür edir. Onun məsləhətlərini öyüd-nəsihət və danlaq kimi qəbul edər.

Yalnız bir halda qadının yüksək təhsili ailə həyatında problem yaratmaz. O da budur ki, əgər kişi başqa sahələrdə (incəsənət,idman, sənət və elmi mütaliələr) mühüm xüsusiyyətə malik olarsa, qadının təhsil səviyyəsinin ondan üstün olması ailədə problem yaratmaz.

 

Zahiri gözəllik

Qız və oğlanın gözəllik, boy, arıqlıq, köklük cəhətdən münasib olması nə dərəcədə lazımdır?

Qız və oğlan öz zahiri uyğunluqlarına, məxsusən gözəllik cəhətinə diqqət yetirməlidirlər. Əlbəttə kişilər həyat yoldaşının gözəl olmasına qadınlara nisbətdə daha çox əhəmiyyəti verirlər. Qadınlar üçün bu meyar elə də əhəmiyyətli deyil. Qadınlar üçün kişinin iqtidarı, fikri azadlığı, hami olması və müdiriyyət qabiliyyəti daha mühümdür.

Bəzən evlələnlər gözəllik meyarına əhəmiyyət vermədən qarşı tərəfə rəhm hissindən, üzdən keçməməzlik və qarşı tərəfin mənəviyyatının çoxluğuna görə qəflətə düşüb gələcəkdə xoşagəlməz problemlərlə üzləşirlər. Bu meyara diqqət yetirməmək gələcəkdə həyat yoldaşını digərlərilə müqayisə etməyə gətirib çıxarar.Yaxud dostlarıarasında olduqda onların qinayıcı baxışları səbəb ola bilər ki, o zərəretdiyini düşünsün. Beləliklə də qəlbi kinlə dolubmüxtəlif bəhanələrlə ailə həyatının şirinliyini aradan aparır. Bu hətta kişini başqalarına tərəf meyl etdirər. Gözəlliyə diqqət etmək bu mənada deyil ki, bu meyar ən üstün meyarkimi qəbul edilsin. Məqsəd budur ki, qızla oğlan gözəllik cəhətindən bir-birindən çox fərqlənməsinlər. Gözəllik cəhətindən az fərqlənmə problem yaratmaz. Məxsusən gözəlliyi az olan əgər əxlaqlı, dəyanətli və əsl-nəcabətli olarsa bu cəhətlər onun gözəlliyini artırar. Gözəlliyi evlilikdə əsl meyar qərar vermək olmaz. Əsl meyar etiqad, əxlaqi dəyərlər və ailənin əsl-nəcabətliyidir.

Qadını sırf gözəlliyinə görə seçmə, mütaliə üçün yalnız gözəl üzü olan bir kitabı seçmək deməkdir. Bu gözəllik gələcəkdə hər hansı bir hadisə ilə aradan gedərsə kişi ailədən soyuyar.

Rəsuli-Əkrəm (s) buyurub: «Hər kəs bir xanımla sırf onun gözəlliyinə xatir evlənsə, sevdiyi şeyi onda tapmayacaqdır».

Qız və oğlanın öz zahiri görkəmlərininnecə olduğuna diqqət yetirməlidirlər. Amma kişilər qadınlardan fərqli olaraq daha çox gözəlliyə önəm verirlər. Bəzən kar və koredici eşqlər, tərəflərdən birinin həddən artıq mənəviyyatlı olması və sair səbəblər zahiri görkəmə diqqət yetirilmir və evlilik həyatında sonradan problemlər meydana çıxır. Gözəlliyə diqqət yetirmək əsas məsələlərdən deyil. Əsas meyar etiqad, əxlaq, dəyərlər və əsil-nəcabət cəhətidir. İslam dininin məqsəd budur ki, onlar arasında fərq çox olmasın.

Peyğəmbəri (s) buyurur:«Əgər kimsə bir xanımla ancaq onun gözəlliyinə görə evlənsə, istədiyi şeyi onda tapa bilməz».

Qarşı tərəfi tanımaq üçün xüsusi meyarım yoxdur. Nə edim?

Hər şeydən əvvəl özünüzü tanımalısınız öz istəklərinizlə tanış olmalısınız. Belə olduqda qarşı tərəfdən nələr gözlədiyinizi müəyyən edə bilərsiniz.

 

Dindarlıq

Nə üçün dindarlığa hər şeydən daha çox önəm verilmişdir?

 

İslam dinində dindar bir şəxslə ailə qurmağa təkid olunmuşdur. Lakin bu təkid dindar şəxs haqqındadır. Yəni tərəflərdən biri dindardırsa özü üçün mömin bir şəxs seçməlidir. Dindar qeyri-dindarla evləndikdə bir sıra problemlər meydana çıxır:

  • Dinin hökümlərinə riayət etmək cəhətində onların arasında münaqişə yaranacaq. Belə ki, Dinimiz bir çox əməlləri qadağan qoymuşdur ki, onlara yalnız etiqadlı olanlar riayət edirlər. Məsələn: Sələm, şərab içmək, haram məclislərdə iştirak etmək və s.
  • İki bir-birinə zidd olan dünya görüşlərinə malik olmaq. Onların hər biri həyatın müxtəlif hadisələrinə bir-birinə zadd olan nəzərlərlə baxacaqlar. Belə olduqda məcburən onlardan biri digərinə güzəşt getməlidir. Bu güzəşt isə daim davam edə bilməz.
  • Övladların tərbiyəsinə və onların hansı əqidəyə malik olmalarına dəxalət. Mümkündür ki, onlar bir-birini yola versinlər. Lakin övladlar barəsində adətən hər bir valideynin arzusu budur ki, övladı onun yolunu getsin. Burada da münaqişə övladların kimin arxasıyca gedəcəyi sahəsində olacaqdır.
  • Həmsöhbət ola bilməmək. Axı həyat yalnız yeməkdən və maddi istəklərdən ibarət deyil. Hər kəs özünə həmsöhbət istəyir. Bir-birinə uyğun gəlməyən əqidələr, fikirlər olduğu halda hansı həmsöhbətlikdən danışmaq olar.

Yarana biləcək problemlər bununla yekunlaşmır. Odur ki,evlənən gənclər çox diqqətli olmalıdırlar.

 

Özünü evliliyə məcbur etməyin səbəbləri

Nə üçün insan özünü evliliyə vadar edir?

Bəzən insan özünü ailə qurmaq üçün münasib olmayan bir şəxslə ailə həyatı qurmağa vadar edir. Buna «özünü vadar etmək» deyilir. Bunun bir neçə səbəbi vardır:

  1. Ailə təzyiqləri

 Bəzən atanın kobudluğu, ananın tələbkarlığı, valideynlər arasındakı dava-dalaş, qardaşın, yaxud bacının təzyiqləri və ailənin iqtisadi cəhətdən çətinliyi insanı münasib olmayan şəxslə ailə həyatı qurmağa vadar edir. Amma belə bir şəxs düşünmür ki, evdə olan indiki şərait keçici, sonrakı evlilik həyatında olan şərait isə həmişəlik olacaqdır.

  1. Himayəçi tapmaq

Ata evində himayəçisinin olmadığını hesab edən xanım özünə himayəçi tapmaq üçün münasib olmayan evliliyə razılaşır.

  1. Fürsətləri əldən vermək

Bəzən yaşın bir az artması ilə fürsətləri əldən vermək qorxusu yaranır. Bununla da ailə qurmaq üçün münasib olmayan bir şəxsə müsbət cavab verir.

  1. Başqalarına yol açmaq

Böyük bacı özünü kiçik bacının evlənməyi üçün mane olduğunu gördükdə qarşı tərəfin şəraitinə diqqət etmədən onunla ailə qurur ki, bacısının ərə getməsinin qarşısını almasın.

  1. Eldən geri qalmamaq

Dostlarının ailə qurduğunu və övlada sahib olduğunu görən qız, yaxud oğlan ailə qurmaq şəraitinin olmamasına baxmayaraq evlənməyə həvəslənirlər ki, başqalarındangeri qalmasınlar. Məxsusən, əgər başqalarının sorğu-suallarına, kinayələrinə məruz qalarlarsa.

  1. Tərslik

Bəzən sırf tərslik ucbatından ailə qurmağa qadağan edilən bir şəxslə–baxmayaraq ki, ailə qurmaq üçün münasib bir şəxs deyil– izdivac edir.

  1. Qarşı tərəfin qarğışının qorxusu

Elçi, yaxud qız qarşı tərəfin qarğışından qorxaraq, onun qəlbinin qırılmaması və yazığı gəldiyiüçün onunla izdivac edir. Halbuki onun tayı olmadığını bilir. Diqqət yetirmək lazımdır ki, onun indiki inciməsi evlilikdən sonrakı ayrılıqdan daha yaxşıdır.

  1. Var-dövlətə və ictimai mövqeyə çatmaq

 Bəziləri qarşı tərəfin imkanından, onun ailəsinin ictimai və siyasi mövqeyindən bəhrələnməkdən ötrüevlənmək üçün münasib olmayan bir şəxslə ailə həyatı qururlar.

  1. Acığa düşərək ailə qurmaq

Bəzi xanımlar, yaxud ağalar yox cavabı eşitdikdən sonra dərhal acığa düşərək münasib olmayan evliliyə razılaşırlar ki, qarşı tərəfə göstərsinlər elçiləri,yaxud onlarla evlənməyə razı olanlar var və o (yəni yox deyən) bu fürsəti əldən verib.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 125, 

Dostların veb səhifələri

1780801
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
327
7145
15368
1621332
82301
165261
1780801

sizin IP ünvanınız: 54.81.195.140
2018-07-17 02:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!