Məhəbbət Ocağı

Qayğı göstər

Qayğı göstər

 

Qayğı göstər

 

Ailədə yaxşı həyat yoldaşı olmaq insandan böyük bir hünər tələb edir. Sakit, mehriban, tədbirli və dözümlü həyat yoldaşı böyük nemətdir. Lakin çox zaman evin aramlığı və rahatlığı xanımdan asılı olur.

Əziz xanımlar evinizdə mehr-məhəbbət yaratmaq və aramlığı bərpa etmək üçün tədbirli olun. Ev əhlinin, məxsusən də kişinin qəlbini ələ almaq üçün ona qayğını artırın. Hər bir kişi öz qadını tərəfindən sevilmək istəyir. İstəyir ki, öz qadını üçün əvəzolunmaz və sevimli olsun. Bəzən evin dəyişməz mühütü darıxdırıcı bir vəziyyət yaradır ki, bunun nəticəsində evdən uzaqlaşmaq, başqa yerlərdə vaxt keçirmək kimi faktlar meydana çıxır. Qarşı tərəfdən diqqət görməyən qadın çıxış yolunu dava-dalaşda görür. Bunun isə ziyanını ən çox uşaqlar görür. Bunun çox sadə yolu var. Ev mühütünü dəişmək. Evdə olan sadə əşyalarının yerini dəyiş. Bu evə yenilik bəxş edəcək. Yenilik aşiqi olan kişilər bundan zövq ala bilərlər. Sizdə məharətlə ərinizin bu yenilik sevmək duyğusunu təmin edə bilərsiniz.

Gözəl süfrə. Gündəlik bişirdiyiniz yeməyi xüsusi bir tərzdə, bəzəkli bir formada masaya qoyun ki, bu da yeni bir gözəllik və səmimiyyət yaratsın.

Sərin və dadlı içkilər. Bəzən istirahət zamanı adi şeylərdən sərin və dadlı içkilər düzəldə bilərsiniz. Onu xüsusi məhəbbətlə yoldaşınıza təqdim edin. Bu möcüzələr yaradacaq.

Bilin ki, zahiri gözəllik yalnız evliliyin əvvəlində keçərli olur. Sonrakı həyatda yalnız qayğı rol oynayır.

 

Buzdan da soyuq

«Bir zaman mən onu görəndə qəlbimin dərinliyində bir sevinc baş qaldırar, ayaqlarım yerdən üzülərdi. Onunla söhbət etməyə çox can atardım. Harada olsam özümü ona çatdırar, onun yanında olmaqdan rahatlıq duyardım. Təzə evlənmişdik, mən yenə də ona qarşı bu hissləri duyurdum. Amma nədənsə zaman keçdikcə hər bir şey adiləşməyə başladı. İndi ona qarşı demək olar ki, tamamilə laqeyidəm. Görəsən buna nə səbəb oldu? Niyə o mərtəbədən bu qədər endim? Haçansa gəlin paltarında sevinə-sevinə evimə gətirdiyim xanıma qarşı niyə indi bu qədər soyudum?!»

Bu soyuqluq bir dəfəlik yaranmayıb. Çünki əvvəlində dərin məhəbbət olub. Onun soyuması tədricən olub. Buna bir neçə şey səbəb ola bilər:

  1. Sizin ona söz verib, yerinə yetirmədiyiniz əhdlər;
  2. Yersiz və həddindən artıq qısqanclıqlar;
  3. Onu ata evinə buraxmamağın;
  4. Yersiz və əsassız iftiralar;
  5. Onun hüquqlarının pozulması;
  6. Sənin həddindən artıq işlə məşğul olub ona diqqət yetirməməyin;
  7. Kobudluq, dava-dalaş və deyinməklər;
  8. Sənin təkəbbür və özünü hakim kimi göstərməyin;
  9. Daim ev şəraitində qapalı vəziyyətdə olmaq;
  10. Onun sənin anana qarşı olan rəftarı;
  11. Sənin onun anasına qarşı olan rəftarın;
  12. Çətin həyat tərzi və maddi əzab-əziyyətlər.

Bu siyahını daha da uzatmaq olar, lakin bunu da bilmək lazımdır ki, tədbirli və səbirli kişi bütün bunların öhdəsindən gələ bilər. Bu kişinin cihadıdır. Bunun nəticəsində çox şirin və rahat həyatı əldə edəcək. Hər bir ailə probleminin həlli ayrılıqda deyil. Ayrılıq elə bir əlacdır ki, arxasınca yeni problemlər gətirər və bəzən evliliyin çətinliyinə dözmək onlara dözməkdən daha asan olar.

 

Qəlb sınıqlığı

 

Bir nəfərlə evlənmək istəyirdim. Lakin onunla evlənməyim alınmadı. İndi onun məhəbbəti mənə əziyyət verir. Başqa biri ilə evlənmək onu mənə unutdura bilərmi?

Xeyr. Əvvəlki sevginin rabitəsi tamamilə qırılmayınca evlənməyin. Çünki ola bilsin ki, öz (evlənəcəyiniz) xanımla sevgi münasibəti qura bilməyib onun haqlarını yerinə yetirmədiniz. Nəticədə siz günah və xəyanət hissi keçirəcəksiniz. Tədricən boşanmaq zümzümələri eşidilməyə başlayacaq.

Bu problemi daha rahat və tez adlamaq üçün aşağıdakılara riayət edin:

  1. Onun fikri ilə mübarizə aparın.

Bu cür fikirlə mübarizə aparmaq yollarından biri Quran oxumaq məsələn, mübarək Fələq, Nas surəsi və Ayətul-kürsü, zikrləri oxumaq məs: la ilahəilləllah və sair, yüz rəqəmini ürəyində yuxarıdan-aşağıya saymaq, iki rəqəmi toplamaq və çıxmaq, (biri cüt, o biri tək rəqəmi) mütaliə zamanı bir cümlənin hərflərini saymaq və s...

  1. Öz vaxtınızı müxtəlif proqramlarla doldurun.
  2. Davamlı surətdə idmanla məşğul olun. İdman daxili orqanların sakitləşməsinə səbəb olur.
  3. Təklikdən çəkinin. Tənha vaxtlarını ailənizlə, yaxud dostlarınızla keçirin.
  4. Böyük Allahdan kömək istəyin.                                                                                                                                   Bilin ki, həqiqi təsir qoyan Odur. O, sizə bu sevgini unutmaqda mütləq kömək edəcəkdir.

 

Şirin söz

Allah insana onun vücudunda elə vasitələr qərar verib ki, onlardan istifadə edib problemləri həll etmək mümkündür. Dil və onunla danışılan şirin söz... Möcüzələr yaradır şirin söz. Qəlbləri silahsız fəth edir, qarşı tərəfi tərki silah edir, təslim edir şirin söz. Qəzəbini boğ və hətta ən həssas vaxtlarda belə davanın yerinə şirin söz danış. Möcüzəsini özün görərsən.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 238, 

Dostların veb səhifələri

2106001
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
297
3664
3961
1952317
104326
152081
2106001

sizin IP ünvanınız: 54.92.190.11
2018-09-24 04:03

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!