Məhəbbət Ocağı

Kişinin qarşısında qadının mövqeyi

 

Kişinin qarşısında qadının mövqeyi

 

Burada haqqında söz açacağımız mövzulardan biri də, qızlarda sağlam qadın ruhiyyəsinin tərbiyə edilməsidir ki, bu baxımdan ailənin, xüsusilə də, anaların üzərinə çox mühüm vəzifə düşür. Bir çox millətlərin mədəniyyətlərində qadınlarla əlaqədar yanlış nümunələrin, yersiz anlayışların və uyğunsuz üsulların geniş yayılması bu sahəyə yeni bir əsaslı baxış tələb edir.

 Bilirik ki, qadınla müqayisədə kişi, təbii olaraq, daha çox fiziki imkanlara malikdir. Bu cəhətdən də, kişi qadınla öz münasibətinə görə daha güclü bir mövqedə dayanır. Lakin bunun müqabilində, mövcud natarazlığı qadının xeyrinə həll etməkdən ötrüyaradılış qadını başqa bir silahla təchiz etmişdir.  Bu daxili silah, kişinin müqabilində qadının daha çox qapanma qüdrətinə sahib olmasıdır. Qadın daxili bir vəhy növü ilə hiss etmişdir ki, kişi üçün nə qədər əlçatmaz olub, onun qarşısında nə qədər çox qapansa, bir o qədər də, kişinin qarşısında öz mövqeyini qoruyub, dəyərini artırar. Belə ki, fiziki imkanlarının daha çox olmasına baxmayaraq, tarix boyu həmişə kişi öz ehtiyaclarını dilə gətirərək, qadının arxasınca getmişvə ona boyun əymişdir. Qadında həya və qapalılıq nə qədər çox olmuşsa, kişinin də ona qarşı eşqi, ehtiyacı və təvazökarlığı bir o qədər  çox artmışdır. Elçilik adətinin kişi tərəfindən olması, qadının razılığını qazanıb, diqqətini cəlb etmək üçün ona hədiyyə və mehriyyə verməsi qadının kişi qarşısındakı yüksək məqamından söz açır və bu, qadının kişi qarşısındakı fiziki zərifliyinin tam əksinədir (yəni qadını kişi qarşısında güclü göstərir). Qadının həyası, qapalılığı, bir sözlə, şirinliyinə qədər azalarsa vəo, öz gözəlliklərini, vücuduna aid sirləri asanlıqla kişinin ixtiyarına verərsə, qadının mövqeyi kişinin qarşısında həddindən artıq zəifləyər.

Qadın kişi üçün nə qədər əlçatmaz olarsa, bir o qədər çox kişinin təsəvvüründə iz qoyub, öz dəyərini artırar.

Bu səbəbdən də, kişi qadının özünü əlçatmaz zirvəyə yüksəltməsini bəyənmişdir; qadına asanlıqla qovuşmaq kişinin şəhvətini oyadıb, onuqane etsə də, heç vaxt onun ruhunu sakitləşdirmir və qadınınkişini cəzb etməsini, ona təsir  göstərməsini və onu özünə tabe etməsini gücləndirmir.Qadına aid yanlış düşüncələrin yayılması, ona sadəcə istismar və şəhvət çərçivəsindən baxılması, onuninsani dəyərlərinin nəzərə alınmaması bir çox gənc qızlarda tədricən bu fikri formalaşdırmışdır ki, özlərini könüllü olaraq kişilərin ixtiyarına verməklə daha çox dəyərə malik olub, daha tez xoşbəxtliyə çatarlar. Halbuki bu hərəkətləri ilə kişinin qarşısında öz mövqelərini öz əlləri iləkiçildib, fizioloji dəyərlərini onun gözündən salır, kişinin şəhvət yanğısını söndürən bir amil kimi istifadə olunur və heç vaxt kişinin gizli məhəbbətinin ali hədəfinə çevrilməkkimi üstün bir mövqeyi əldə edə bilmirlər.  Bu, kişinin öz psixoloji və vicdani dərinliklərində ən çox xoşlamadığı həmin qadın bayağılığıdır. O, heç vaxt gözlərində bu qədər kiçilmiş bir varlığın eşqini qəlbinə sala bilməz, əksinə öz instinkt və şəhvətini doyurmaq üçün ondan fayda götürdükdən sonra ona qarşı heç bir bağlılıq və sevgi hiss etməyəcək. Vil (Uilyam Ceyms) Dürant bu haqda deyir:

«Kişi qadının zərif çəkingənliyini və imtinalarını sevir, lakin bu gün qadın öz cisim və ruhunu əvvəlkindən daha çox nümayiş etdirir»; sonra əlavə edir: «Bu, kişinin hisslərini cəlb etsə də, onun ruhunu qane etmir, başqa ibarətlə, kişinin ruh və qəlbini fəth edə bilmir»(«Fəlsəfənin zövqləri», Uilyam Ceyms Dürant, 1369-cu ilin çapı, 158-ci səhifə).

Qızlarla oğlanların dostluğuna bir baxış bu məsələni çox yaxşı isbat edir. Belə dostluqlar psixoloji zərərlər, alçaldılmaq, ləyaqət və dəyər anlayışının itirilməsivə ictimai problemlərdən başqa gənc qızlara heç nə vermir. Bu davranışların və özünü nümayiş etdirmək, uyğun olmayan geyimlərdən istifadə etmək kimi digər davranışların kökündə «həqarət duyğusu» (acizlik kompleksi) dayanır. Öz vicdanının dərinliklərində özünü aciz və dəyərsiz bir varlıq kimi tanıyan şəxs müxtəlif vasitələrlə bu həqarəti (və ya acizliyi) özündən uzaqlaşdırmağa çalışır. Cazibədarlıq və özünü nümayiş etdirmək kimi tendensiyanın (meylin) qadında fitri olduğunu nəzərə alsaq, əgər ondakı bu fitri tendensiya düzgün şəkildə yönəldilməzsə, həmin tendensiyadan həqarət duyğusunu aradan aparmaq üçün bir vasitə kimi istifadə edəcək. Yəni gənc qız elə güman edir ki, baxışları nə qədər çox özünə yönəltsə, qəlbləri nə qədər çox özünə əsir etsə o qədər çox dəyər qazanacaq. Lakin real olan budur ki, o öz həqiqi dəyərini bu yolda əlindən verir, özünün gələcəyi və ailə həyatı üçün uğursuzluqları öz əllərilə satın almış olur. Buna görə də, ailələr elə uşaqlıqdan qızlarda «həqarət duyğusu»nun (acizlik kompleksinin)  yaranmasının qarşısını almalı və onu «ləyaqət duyğusu» ilə əvəz etməlidirlər.

Qadınlarıntəhqir olunmasıənənəyə çevrilən ailələrdə elə əvvəldən qızların psixologiyasına «həqarət duyğusu»nun toxumları səpilmiş olur və bu da, onu yeniyetməlik yaşlarında, xüsusilə də, əks cinslə münasibətində uyğun olmayan davranışlara vadar edir. Bəzi gənc qızlardakı özünəyadlığın və bayağılığın kökünü ilk növbədə ailələrdə, xüsusilə də, onların analarının düşüncə və davranış tərzlərində axtarmaq lazımdır. Əgər ananın özü «özünəyadlıq» xəstəliyinə tutulmuşsa, çox vaxt öz qızlarını da bu ruhiyyədə tərbiyə edir. Ailələr öz qızlarını özlərində mövcud olan dəyərlərlə və Allahın onların daxilində əmanət olaraq yerləşdirdiyi qabiliyyətlərlə tanış etməli, onlarda həqarət düyününü (acizlik kompleksini) yaradan hər cür metod və rəftarlardan uzaq olmalıdırlar. Onlar öz qızlarının daxilində dəyər və ləyaqət duyğusunu diriltməlidirlər ki, qadının təhqir olunması və daxili sərvətlərinin talan olması ilə nəticələnən yanlış adətlərəqızları asanlıqla təslim olmasınlar.

     Digər tərəfdən də, oğlanlar ailələrdə qadınlara aid düzgün düşüncə tərzi ilə tanış olmalıdırlar. Müxtəlif ictimaiyyətlərdə qadınlara tətbiq edilən zülmlərin bir çoxu qadına aid yanlış düşüncələrdən,adətlərdən və bu mövzu ilə bağlı cahilliklərdən irəli gəlir. Belə  düzgün olmayan adətlər və yanlış əqidələrlə mübarizə aparmaq və kişini qadın varlığının dəyərlərilə tanış etmək lazımdır ki, həm qadın özünü tanıyıb, «özünəyadlıq» xəstəliyinə tutulmasın, həm dəkişi onunla öz münasibətində onun dəyər və mövqeyini qorusun. Kişinin fitri xüsusiyyətlərindən sayılan qeyrət anlayışı bu münasibətlər zamanı daha incə bir məna kəsb edərək, qadının hərtərəfli, o cümlədən, vücuduna aid dəyərlərinin də qorunub müdafiə edilməsini ehtiva edir. İslam rəvayətlərində qadının kişinin əlində bir əmanət olduğu deyilir, yəni kişi hər cəhətdən qadının varlığına aid bütün dəyərləri qoruyan məmurdur və onun aradan getməsinin və ya aradan aparılmasının qarşısını almalıdır.

 Bu məsələnin oğlanlara təlim edilməsi, qızın şəxsi ehtiramının qorunmasına və onun dəyərlərinin oğlan tərəfindən müdafiə edilməsinə güclü təsir göstərir. Təəssüflər olsun ki, düzgün təlim olunmadıqlarına görə, oğlanlar elə əvvəldən qızlara instinktiv faydalanma nəzərlərilə baxır və elə bu baxış tərzi o ikisinin (oğlanla qızın) münasibətlərində bir çox ziyanverici iğtişaşların mənbəyidir. Gənc qızlar kişinin qarşısında daha yüksək mövqe qazana bilmək üçün daxili zənginliklərinin qorunması yolundakıən yaxşı vasitə sayılan həya və iffətçərçivəsindən kənara çıxmamalı və özlərini qəlbi çirkinlərin gözləri qarşısında nümayiş etdirməməlidirlər. Məhz bu özü kişinin qarşısında qadının mövqeyinin qorunmasıüçün yaradılışın zərif əks tədbiridir. İslam rəvayətlərində deyilir ki, həya on qatdır, onun doqquz qatı qadında, bir qatı isə kişidədir. İslamda qadınlakişi arasında məsafənin qorunmasıüçüngeyim, davranış və sairlə bağlı göstərişlərin hamısı qadının kişi qarşısındakı bayağılığının və tərksilah olunmasının qarşısını almaq üçündür. Quran«Həzrət Musanın dastanın»da Həzrət Şüeybinqızından danışarkən, onunmükəmməl bir əxlaqi xüsusiyyətinə əsaslanıb buyurur:

«تَمْشِي عَلَى اسْتِحْيَاءٍ»

...Utana-utana gəlib...(«Qəsəs» surəsi, 25-ci ayə)

 Buradan məlum olur ki, qadınların ən yüksək əxlaqi xüsusiyyətlərindən sayılan abır və həya onların bütün hərəkətlərində özünü göstərməlidir və aydın məsələdir ki, qızlar hər kəsdən öncə bu dərsi analarından alırlar.

Mühüm bir qeyd

Bu mövzunun sonunda bir daha vurğulayacağımız mühüm bir məqam ondan ibarətdir ki, qızların  böyük yaşlarındakı bir çox problemləri, hətta etik və əxlaqi normalardan kənaraçıxmaları – uşaqlıq və yeniyetməlik dövründə onlara qarşı edilən mənfi  davranışların onların psixikasında yaratdığı acizlik (həqarət) hisslərinin nəticəsidir. Belə mənfi təsirlərin qarşısını almaq üçünqızlarda acizlik və özünü əskikgörmə kompleksinin yaranmasına səbəb olan hər cür sözlərdən və hərəkətlərdən ciddi şəkildə çəkinmək lazımdır.

  Bəzi analar qadın kimi xəlq olunduqlarına görə daim şikayətlənir və öz narahatlıqlarını müxtəlif şəkillərdə dillərinə gətirirlər. Bu hərəkət qızları acizlik kompleksinə mübtəla edib, onlardakı dəyər və ləyaqət hisslərini öldürür. Bəzi ailələrdə isə oğlanla qız arasında ayrıseçkilik salmaqla onların kişilərdən daha dəyərsiz varlıqlar olduqlarını qızlara praktiki şəkildəbaşa salırlar. Belə davranışlar öz ardınca çox mənfi təsirlər qoyur. Dəyərli Peyğəmbərimiz (s) buyurmuşdur:

«Allah-taala qadınlara kişilərdən daha çox mehribandır»(Vəsail-əşşiə», 15-ci cild, 104-cü səhifə).

   İmam Cəfər Sadiq (ə) buyurmuşdur:

«Qızlar həsənə (yaxşılıq), oğlanlar isə nemətdir, yaxşılığa savab verilir, nemətlərdən isə sual olunur»(«Vəsail-əşşiə», 15-ci cild, 104-cü səhifə).

  Həmçinin «İslam təlimləri»ndə qızlara oğlanlardan daha çox məhəbbət göstərilməsi təkid edilir, çünki qızların məhəbbətə ehtiyacı oğlanlardan daha çoxdur. Bu, qızlardakı emosional həssaslıq və psixoloji zərifliyi nəzərə alaraq, xüsusi əhəmiyyət kəsb edir. Lakin bu əməl oğlanların nəzərindəayrıseçkilik və ədalətsizlik kimi görünüb, onların  həsəd hissinin oyanmasına səbəb olacaq şəkildə olmamalıdır.

  Bu məsələdə daha əhəmiyyətli məqam atanın ana ilə münasibətidir. Əgər ananın hüquq və ləyaqəti ailədə ağıllı və məntiqli şəkildə qorunarsa, ata onunla hər cür təhqiramiz və pis davranışlardan çəkinərsə qızlarda acizlik kompleksinin və həyata qarşı bədbinliyin yaranmasının qarşısı alınar. Lakin atanın öz həyat yoldaşı ilə mənfi davranışları  qızlarda qadının «ikinci dərəcəli» insan, kişilərdən əskik, yazıq və bədbəxt varlıq olması düşüncəsini yaratsa, təbii olaraq, onun qızları qadın yaradıldıqları üçün narazılıq edəcəklər. Elə bu narazılıq onları bir çox xoşagəlməz psixoloji hallara düçar edəcək, o cümlədən acizlik (həqarət) hissi yaradacaq.

«Valideynin övladlarla davranışı» kitabından istifadə olunmuşdur.

Hazırladı: Fəlsəfəçi Aynur Əzimova

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4942, 

Dostların veb səhifələri

14396249
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
657
4599
23986
14222443
104973
183089
14396249

sizin IP ünvanınız: 18.191.21.86
2024-04-19 03:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!