Məhəbbət Ocağı

Evlilik sirləri

Evlilik sirləri


Müvəffəqiyyət yolları

Əgər qadın dünyasını tanıyıb, onlarla ünsiyyət sirlərini mənimsəniz, özünüzü xoşbəxt hiss edərsiniz. Həmçinin öz həyat yoldaşınızı da bu yolla xoşbəxt edə bilərsiniz. Səmimi ünsiyyətlə insani gözəllikləri qəlbdən oyatmaq olar və bu yolla ilahi razılığa nail olmaq mümkündür.

 

Daimi olaraq məhəbbətin ifadə edilməsi


Mümkündür siz həyat yoldaşınızın dərdindən dəli-divanə olasız amma bu eşqinizi gizlətsəniz o, heç vaxt sizin bu məhəbbətinizin xəbərdar olmayacaq. Başqa sözlə, həyat yoldaşınızı nə qədər çox sevsəniz, amma ona eşq və məhəbbətinizi bəyan etməsəniz, ailədə heç bir xeyr qazanmayacaqsınız və ondan məhəbbət və sevgi gözləmək yersiz olardı. Adətən qadınlar məhəbbət və sevgi intizarında olarlar. Qadınlar, sevilməyi çox sevər və qarşı tərəfin sevgi etirafını gözləyərlər. Hər gün bunu eşitmək istərlər. Heç bir şey qadın üçün ərlə məhəbbət və dostluq etməkdən üstün deyil. Əgər həyat yoldaşınızın məhəbbətinin sultanı olasınız, alovlu eşqinizi əməldə göstərin. Öz məhəbbətinizin xəzinələrini sinənizin dərinliyindən çıxarın. Şirin sözlərlə, sevgi dolu səmimi rəftarlarınızla öz məhəbbətinizi həyat yoldaşınıza göstərin. Daha yaxşı olar ki, ona hörmətlə müraciət edərək qarşılıqlı olaraq məhəbbətini qazana biləsiniz.

Dağ kimi möhkəm olun

Qadın nə qədər möhkəm və güclü qadın olarsa belə, fitrətində etibarlı əks cinsin nümayəndəsinə arxalanmaq və söykənmək istər. Adətən belə bir xüsusiyyətə ərin malik olması, daha təqdirə layiqdir. Qadın istər ki, həyat yoldaşı möhkəm bir dağ kimi onun arxasında olsun. Etibarlı insan olmadan, ona arxalanaraq xoşbəxt həyat keçirmək mənasız bir şeydir. Kişi də etibarlı olması ilə, qadının məhəbbətini qazana bilər. Əgər sizdə hayat quracağınız kişinin etibarlı və hər bir anda arxanızda olmasına istəyirsinizsə, çalışın diqqətli və tədbirli olun. Həyat yoldaşınıza anladın ki, həmişə onun yanındasınız. Həm çətin həm də xoş günündə. Həmişə onunla irəli gedib, sevginizi daha da möhkəmlədəcəksiniz. Misal üçün, bilməyərəkdən səhv edərsə, görməmiş kimi qəbul edin. Güzəşt edin ta ki, çətinliyin həlli üçün yol olsun.


Əzizləmək yaddan çıxmasın!


Qadınlar adətən onu sevən şəxs tərəfindən əzizlənməsini, nəvaziş göstərilməsini istər. Bəzən qadınlar ərləri tərəfindən kobudluğa məruz qalırlar. Bu çox pis bir haldı. Amma nə qədər çalışırsa, qadından əvvəlki sevgini qazana bilmir. Hər bir şeyə rəğmən qadınınızla daha pis rəftar etməyin. Ona əsəbləşməyin. Bu, əlavə səvh olar. Səhvinizi etiraf edin. Yara olmuş uzvə, duz səpməyin. Bu səhvlər olmasın deyə çalışın ki, bütün dostlar, qohumlar xüsusəndə övladlarınızın yanında ona hörmət edəsiniz.

Qohumlarına hörmət edin

Evilik vasitəsi ilə qohum olanlar, çox diqqətcil və xüsusi həssaslığa mailk olurlar. Bu mühüm məsələyə adətən kişilər soyuq yanaşırlar. Nəticədə hörmət pərdəsini yırtar və xanımına haqq-nahaqq zəhərli və acı sözlər deyər. Hətta onları təhqir edər, özünü onlardan üstün sanar. Məsələn: Kişilərdən bəzisi nalayiq hərəkət edərək yolsaşının ailəsinə minnət qoyaraq, sanki dalaşmaq istəyir. Hətta məsələ ailələrin hörmətsizliyinə gətirib çıxarır. Yaxşı olar ki, öz seçiminizə hörmət edib, qəbul edəsiniz. "Başa düşmək lazımdır ki, xanımınız tez bir zamanda eynən sizin ailəniz xasiyyət də ola bilməz". Çünki o da başqa bir ailədən gəlin gələrək, ər evinin xasiyyət və qaydalarına alışmaq üçün vaxta ehtiyacı vardır. Buna görədə çalışın ki, özünüzü görməməzliyə vurasınız, hər şeyi söhbət etməyəsiniz. Eşidilməli olmayan məsələni, eşitməyə şalışmayasınız. "Səhvi olarsa, ananızın yanında deməyin. Ananızın da səhvi olarsa, yoldaşınızın yanında deməyin". Necə deyərlər, bu yolla ananızı gəlinin ayağına və gəlini ananızın ayağına verməmiş olacaqsınız. Əgər kimsə hörmətsizlik etsə, sonda xətakar o olacaq. Yaxşı olar ki, həyat yoldaşınızın ailəsi haqqında mübahisə etməyin. Çünki o, ailəsinə cavabdeh deyil. 

Dinləməyi bacarın!


Qadınlar öz həyat yoldaşları ilə saatlarla danışmağı çox sevərlər. Kiçikdən böyüyə qədər özləri və qohumları barəsində olan bütün hadisələri danışmağı sevərlər. Amma bu adətən kişilərin sevmədiyi bir xü

susiyyətdir. Uğur qazanan kişi odur ki, qadınının bu xüsusiyyətini bilsin və onun bu xüsusiyyətini qəbul etsin. Tövsiyə olunmuşdur ki, vaxt müqabilində bir saatını ayırıb, yoldaşının söhbətlərinə böyük həvəslə və eşqlə qulaq assın.
 

Qədrini bilin!


Bəlkədə təsəvvür edə bilməzsiniz ki, yoldaşınız da sizin kimi məsulliyyət hiss edir. Ona görədə ona təşəkkür etməyə ehtiyac yoxdur. Əksinə həyatınızın daha da yaxşılaşması üçün onu həvəsləndirin ki, heç bir soyuqluq aranızda olmasın. Yaxşı olar ki, onun cüzi yaxşı işini dəyərləndirib, qiymətləndirəsiniz.

Məsuliyyətli olun!


Qadınların yoldaşlarında görmək istədiyi və sevdiyi xüsusiyyət, onların məsuliyyətli olmasıdır. Öz vəzifənizi yaxşıca tanıyın. Nə qədər imkanınız var, heç bir işə məsuliyyətsiz yanaşmayın. İmkan müqabilində yoldaşınızın istəyini təmin edin. Bu yolla yoldaşınız sizi yaxşı tanıyacaq və daha da sizi çox sevəcək. Nəticədə ailəniz nümunəvi ailə kimi tanınacaq. Ola bilsin ki, hazırki vəziyyətiniz elə formadadır ki, işinizdə çatışmamazlıq yaranıb. Narahat olmayın. Cünki bilərəkdən etməmisiniz. Təbii ki yoldaşınız da sizi anlayacaq.

Gözəl danışın!


Söz verib ona əməl etməmək qadınlar üçün qəbunlolunmazdır. Nəticədə tərəfə inamın itməsinə səbəb olur. İstəyisizsə yoldaşınız sizi daha çox sevsin, bacarmadığınız və edə bilməyəciyiniz işi ona söz verməyin. Misal üçün deməyin ki, həftə sonu evin bazarlığını mən edərəm. Həftə sonu gələr, yadınızdan çıxar və nəticədə sizə olan etibarı azalar.

Fikrinizi açıq deyin!


Birbaşa və açıq sürətdə yoldaşınızla müxalifət etməyin. Birbaşa müxalifət qadınların xoşuna gəlmədiyi bir xüsusiyyətdir. Mümkündür sizə qarşə kin və qəzəbi olsun. Bu addımınız yoldaşınızda mənfi təsir qoyaraq, sizə qarşı məhəbbət və hörmətin azalmasına səbəb olacaq. Çalışın öz müxalifətçiliyinizi səbrlə, dəlillə və mehribanlıqla izah edin. Mümkündür həmin anda yoldaşınız narahat olsun amma dəqiq bilin ki, təklikdə olanda öz – özünə düşünərək sizə haqq qazandıracaq. Misal üçün, əgər dəvət olunmuş qonaqlığda iştirak edə bilməyəcəksizsə, ona bu səbəbə görə həftə sonu təşkil olunacaq qonaqlığda iştirak edə bilməyəcəm deyin.

 

İlahiyyatçı, islamçünas: Muhəmməd Nicat

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 4417, 

Dostların veb səhifələri

15653942
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2346
7422
49489
15456216
129081
160067
15653942

sizin IP ünvanınız: 18.118.166.45
2024-12-22 07:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!